Azərbaycana gətirilən bir ton avokadoda xəstəlik aşkarlanıb

Azərbaycana gətirilən bir ton avokadoda xəstəlik aşkarlanıb
# 01 iyul 2016 10:34 (UTC +04:00)

Bakı-APA. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.

KTN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR