Azərbaycanın istiqrazları bahalaşmaqda davam edir

Azərbaycanın istiqrazları bahalaşmaqda davam edir
# 10 iyun 2016 11:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın dövlət istiqrazları dəyər qazanmaqda davam edir.

"APA-Economics" xəbər verir ki, Azərbaycanın dövlət qiymətli kağızları 0,2-0,3 bənd bahalaşıb.

Rusiyanın qiymətli kağızlarının dəyəri müxtəlif cür dəyişsə də, Qazaxıstanın istiqrazları praktiki olaraq dəyişməz qalıb.

Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb dolların möhkəmlənməsidir. Dolları isə ABŞ-da işsizliyin səviyyəsi ilə bağlı açıqlanan statistika bahalaşdırır. Belə ki, ABŞ-da işsizlik müavinəti ilə bağlı müraciət edənlərin sayında azalma müşahidə olunur.

Üstəlik, Kanada baş verən irimiqyaslı yanğınlardan fəaliyyətini dayandıran neft şirkətləri artıq iş başındadır. Bu da neftin ucuzlaşmasına təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR