Gürcüstan baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstan baş nazirinin Azərbaycana səfəri başlayıb
# 11 sentyabr 2014 09:22 (UTC +04:00)

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İ. Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində İ. Qaribaşvili Bakının görməli yerlərinə baş çəkəcək və İçərişəhərdə olacaq. Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Maya Pancikidze, baş nazirin müavini Kaxa Kaladze, maliyyə naziri Nodar Xaduri, kənd təsərrüfatı naziri Otar Daneliya, baş nazirin köməkçisi Savalan Mirzəyev, parlament üzvləri Zurab Tkemaladze və Mahir Dərziyev, baş nazirin administrasiyasının rəhbəri Nino Kobaxidze daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR