Şanxay aeroportunda partlayışın partlayıcı qurğu ilə törədildiyi ehtimal edilir - YENİLƏNİB

Şanxay aeroportunda partlayışın partlayıcı qurğu ilə törədildiyi ehtimal edilir - <span style="color: red;">YENİLƏNİB
# 12 iyun 2016 11:06 (UTC +04:00)

Bakı-APA. Çində Şanxay beynəlxalq aeroportunda partlayışın səbəbi kustar üsulla hazırlanmış partlayıcı qurğu ola bilər.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi aeroportun administrasiyasına istinadən məlumat yayıb.

Bundan əvvəl saat 10.42 radələrində baş verən partlayışın aeroportda sərnişinlərin qeydiyyatı zamanı sərnişinlərdən birinin yük çantasındakı pirotexnika mallar ilə bağlı olduğu barədə xəbər yayılıb. Partlayış zamanı xəsarət alanların sayının də 1 nəfər yox, 3 nəfər olduğu dəqiqləşib.

***

saat 12.53

Bakı-APA. Bu gün yerli vaxtla saat 14.42 (Bakı vaxtı ilə saat 10.42) Çində Şanxay beynəlxalq aeroportunda partlayış baş verib.

APA-nın Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi məlumata görə, T2 terminalında baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

Partlayışın səbəbi ilə bağlı hələ rəsmi açıqlama verilməyib. “Sinxua” agentliyi partlayışın pirotexnika malları ilə əlaqəli olduğunun ehtimal edildiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR