ABŞ-da qocalar evində atışma olub

ABŞ-da qocalar evində atışma olub
# 29 mart 2015 05:18 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, tapança ilə silahlanmış kişi əvvəlcə yoldaşına, daha sonra özünə atəş açıb. Onların 80 yaşı olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti kritik, qadının isə orta-ağırdır.

İnsidentin səbəbi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR