Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib - FOTO

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib - FOTO
# 29 sentyabr 2015 08:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Sentyabrın 28-də “Stadler Rail Group” şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “comfort”, “biznes” və “restoran” olmaqla, dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

Səfər zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov həmçinin “Stadler Rail Group” şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna baxış keçirib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR