BAXCP sədri: “Binalardakı bu cür üzlüklər sökülməlidir”

BAXCP sədri: “Binalardakı bu cür üzlüklər sökülməlidir”
# 19 may 2015 13:07 (UTC +04:00)

Bakı-APA. “Bakıda yaşayış binasında baş verən yanğınla bağlı xəbəri Budapeştdə aldım və çox üzüldüm. Yanğın nəticəsində ölənlərə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm”.

APA-nın xəbərinə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. BAXCP sədri qeyd edib ki, oxşar hadisələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: “Bu cür üzlüklər çəkilmiş digər binalarda yaşayan sakinləri qorumaq üçün onların Avropa Oyunları başa çatanadək bu binaların ətrafında növbə çəkmələri təmin edilməli, növbə çəkən şəxslərə yanğın baş verəcəyi təqdirdə əhalini xəbərdar etmək üçün xüsusi səsgücləndiricilər verilməlidir. Avropa Oyunları başa çatdıqdan dərhal sonra binaların üzlükləri sökülməli və günahkarların vəsaitləri hesabına odadavamlı təbii materiallarla əvəz olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR