Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib
# 02 noyabr 2015 14:44 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

APA-nın xəbərinə görə, dövlət başçısı baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Ə. Davudoğlu öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR