Almaniyanın sabiq kansleri Helmut Şmidt vəfat edib

Almaniyanın sabiq kansleri Helmut Şmidt vəfat edib
# 10 noyabr 2015 17:59 (UTC +04:00)

Bakı-APA. Almaniyanın sabiq kansleri Helmut Şmidt 97 yaşında Hamburqda vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Almaniyanın beşinci kansleri Helmut Şmidt 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.

Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR