Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun iclası keçirilib
# 06 aprel 2015 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı Azərbaycanda keçirilən Qiymətləndirmə prosesi, 2014-cü il üzrə “MHŞT İllik Fəaliyyət Hesabatı” və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilib. İclas iştirakçıları, həmçinin ÇQ-nin 2015-ci il üzrə İş planının layihəsini müzakirə etmiş və təsdiqləyiblər.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR