AZPROMO: Qətərə tütün və onun əvəzedicilərinin ixracı qadağan edilib

AZPROMO: Qətərə tütün və onun əvəzedicilərinin ixracı qadağan edilib
# 18 yanvar 2018 15:50 (UTC +04:00)

Qətərə tütün və onun əvəzedicilərinin ixracı qadağan edilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Məlumata görə, Qətərə idxal edilməsi qadağan olunmuş tütün məhsulları və onun əvəzedicilərinin siyahısı aşağıdakılardır:

- Hər hansı adda və formada olan nikotinli saqqız

- Elektron siqaret və elektron qəlyan, əvəzedici siqaret məhsulları

- Hər hansı adda və formada olan sərxoşedici preparatlar

- Siqaret satışı avtomatları

- Tütün və onun məhsullarının təbliği, reklamı və təşviqi materialları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR