“AFB Bank” I rübü mənfəətlə başa vurub

“AFB Bank” I rübü mənfəətlə başa vurub
# 11 aprel 2017 15:14 (UTC +04:00)

“AFB Bank” 2017-ci ilin I rübünün göstəricilərini açıqlayıb.

APA-Economics”in verdiyi xəbərə görə, cari il aprelin 1-nə bankın aktivlərinin həcmi 317,596 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% azdır.

Bankın kredit portfeli hesabat dövrü ərzində 12,1% artaraq 210,635 mln. manat, depozit portfeli isə 37,1% azalaraq 110,435 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi cari ilin aprelin 1-nə 67,8% azalaraq 23,062 mln. manat təşkil edib. Hesabat dövründə bankın cəmi öhdəlikləri isə 19,8% azalaraq 235,423 mln. manat təşkil edib.

Bankın cəmi kapitalı 81 mln. 134,361 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393,455 min manat təşkil edib.

Qeyd edək ki, “AFB Bank” cari ilin I rübünü 875 min 703,87 manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR