Qazaxda göldə batan gəncin meyiti sudan çıxarılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, axtarış nəticəsində rayonun Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılovun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
***
16.25
Qazax sakini göldə batıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abbasbəyli kəndi ərazisində olan süni göldə baş verib. Rayonun Fərəhli kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılov Ozan Rəşid oğlu göldə cimən zaman boğulub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları dəvət olunub.
Axtarış təddbirləri həyata keçirilir.