Dənizdə batan daha 3 nəfər xilas edilib

Dənizdə batan daha 3 nəfər xilas edilib
# 20 avqust 2017 18:03 (UTC +04:00)

Dənizdə batan daha 3 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 19:20-də başa çatıb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR