Azərbaycanla İsrail gömrük sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla İsrail gömrük sahəsində əməkdaşlığı genişləndirir
# 03 oktyabr 2017 13:16 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

DGK-nın Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Ş. Bağırov Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

O, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əlaqələrindən, gələcək əməkdaşlıqdan bəhs edib, əlaqələrin dərinləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan gömrük xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədrinin müavini bu baxımdan tərəflər arasında 2011-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini bildirib.

D. Stav respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, eyni zamanda hökumətlərarası komissiyanın iclasında gömrük sferasında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR