Vergilər Nazirliyi “Caspel” ilə 3,7 mln. manatlıq müqavilə imzalayıb

Vergilər Nazirliyi “Caspel” ilə 3,7 mln. manatlıq müqavilə imzalayıb
# 05 dekabr 2017 08:55 (UTC +04:00)

Vergilər Nazirliyi avadanlıq və proqram təminatlarının və kartriclərin satın alınmasına dair keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumat görə, Vergilər Nazirliyi 1 dekabr 2017-ci il tarixdə “Caspel” MMC ilə avadanlıq və proqram təminatlarının satın alınmasına dair 3 704 556,64 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bundan başqa, 4 dekabr 2017-ci il tarixdə "HALAL-P" MMC ilə kartriclərin satın alınmasına dair 106 105,60 manat məbləğində satınalma müqavilələri bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR