Oğurluq və soyğunçuluq etmiş dəstə üzvlərinə hökm oxunub

Oğurluq və soyğunçuluq etmiş dəstə üzvlərinə hökm oxunub
# 11 aprel 2017 10:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və soyğunçuluqda təqsirləndirilən dəstə üzvləri – 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı Emin Mirzəyev, 26 yaşlı Emin Allahverdiyev və 27 yaşlı Novruz Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Şahbalıyev 9 il, E. Mirzəyev 5 il, E.Allahverdiyev 4 il 6 ay və N. Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) və 180.2.1 (soyğunçuluq) maddələri ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR