DİN Novxanıda iki azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

DİN Novxanıda iki azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
# 09 avqust 2017 10:29 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Novxanıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də saat 20.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri iki “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR