Peruda 23 nəfər daşqınlar nəticəsində ölüb

Peruda 23 nəfər daşqınlar nəticəsində ölüb
# 05 fevral 2017 01:33 (UTC +04:00)

Peruda güclü daşqınlar nəticəsində 23 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 37 nəfər xəsarətlər alıb.

Təbii fəlakət nəticəsində 6 min nəfər evsiz qalıb, ümumilikdə isə 72 min nəfər ziyan çəkib. Daşqınlar 15 minədək tikiliyə ziyan vurub, minədək tikili tamam uçub, 14 körpü və 46 km yollar sıradan çıxıb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 1500 hərbçi cəlb edilib.

Daşqınlar və yer sürüşmələrinə səbəb intensiv yağışlar olub. Yanvarın sonlarında ölkənin 4 şəhərində fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR