Qazaxda qətl törədən 21 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB

Qazaxda qətl törədən 21 yaşlı oğlan saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2017 05:58 (UTC +04:00)

Qazaxda qətl törədən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kənd sakini 1996-cı il təvəllüdlü Samir İsmayılovu qətlə yetirən şəxsin onun həmkəndlisi və həmyaşıdı Sənan Bayramovun olduğu müəyyənləşib.

Məlumata görə S. İsmayılovla S. Bayramov ötən axşam kənd orta məktəbin yaxınlığında mübahisə ediblər. Sonda Bayramov İsmayılovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılsa da, onun yolda öldüyü məlum olub.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanıb.

***

8 fevral

20.02

Qazaxda qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məıumata görə, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Samir Göyçə oğlu ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Onu Qazax Müalicə Diaqnostika Mərkəzinə aparsalar da dünyasını dəyişdiyi məlum olub. S. İsmayılovun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluöunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR