Tacikistan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi yol qəzasında ölüb

Tacikistan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi yol qəzasında ölüb
# 18 yanvar 2017 19:10 (UTC +04:00)

Tacikistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Zərif Bobokalonov yol qəzasında ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxt Düşənbə şəhərində qeydə alınıb.

Məlumata görə, Z. Bobokalonovun idarə etdiyi avtomobil qəzaya uğrayıb. Yol qəzasının təfərrüatları barədə məlumat verilmir.

46 yaşlı Zərif Bobokalonov 2014-cü il, yanvarın 18-də Tacikistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR