Zaqatalada evdə partlayış olub, xəsarət alan var - FOTO

Zaqatalada evdə partlayış olub, xəsarət alan var - FOTO
# 15 yanvar 2020 09:59 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib. Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR