Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə ediblər

Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə ediblər
# 21 fevral 2017 22:11 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson telefon danışığı keçirilib. APA-nın Rusiya XİN-nə istinadən verdiyi xəbərə görə, diplomatlar iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

“Dövlət katibi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin vəfatı ilə bağlı ölkə rəhbərliyinin adından başsağlığı verib. Həmçinin, ikitərəfli və beynəlxalq miqyaslı aktual məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR