Pakistanın baş naziri BDU-nun fəxri doktoru olub

Pakistanın baş naziri BDU-nun fəxri doktoru olub
# 14 oktyabr 2016 13:03 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

APA-nın xəbərinə görə, baş nazir əvvəlcə universitetdə Heydər Əliyev Muzeyi ilə tanış olub. Sonra Məhəmməd Nəvaz Şərif universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov xatırladıb ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə Pakistandır. Rəsmi İslamabad Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı dövlət kimi tanımır.

Daha sonra A. Məhərrəmov universitetin elmi şurasının Pakistanın baş nazirinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub. Məhəmməd Nəvaz Şərifə fəxri doktor diplomu və mantiya təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR