Azərbaycanın xarici ticarət əməliyyatlarında 611 mln. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 611 mln. dollarlıq müsbət saldo yaranıb
# 17 yanvar 2017 07:41 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 mlrd. 675 mln. 727,26 min ABŞ dolları təşkil edib. "APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 19,46% azdır.

Ötən il ərzində idxal əməliyyatları 8 mlrd. 532 mln. 447,51 min dollar olub ki, bu da 2015-ci ilin 12 ayı ilə müqayisədə 7,42 azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 9 mlrd. 143 mln. 279,75 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 28,17% azdır.

Nəticədə 610 mln. 832,24 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR