Bakıda 84 yaşlı kişini qətlə yetirən qadın və digərlərinin məhkəməsi başlayıb

Bakıda 84 yaşlı kişini qətlə yetirən qadın və digərlərinin məhkəməsi başlayıb
# 22 dekabr 2016 13:09 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zabil Məmmədov, İlyas Məmmədov və Ceyhunə Qurbanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər iştirak etmədiyinə görə, cinayət işi məhkəmə baxışına verilməyib.

Hazırlıq iclası dekabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, bu il mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR