Dəmiryolçular “Şəhidlər muzeyi”ni ziyarət edib

Dəmiryolçular “Şəhidlər muzeyi”ni ziyarət edib
# 01 fevral 2018 12:29 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Həqiqət” Tarixi Araşdırmalar İB-nin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, “Şəhidlər muzeyi”nin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, “Həqiqət” Tarixi Araşdırmalar İB-nin sədri Əlövsət Qasımov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Ə. Qasımov muzey haqqında məlumat verərək bildirib ki, bu unikal muzey yeddi ildir ki, fəaliyyət göstərir və muzeydə 950 şəhidin fotoları, haqqında məlumatlar öz əksini tapıb. Bura tez-tez ziyarətçilər baş çəkərək, Qarabağ həqiqətləri ilə tanış olurlar. Hazırda muzeydə 1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri əks etdirən fotolar, xatirələr, vətənpərvərlik fəaliyyətini göstərən sənədlər qonaqlara nümayiş olunur.

İB-nin sədri, dəmiryolçuları “Şəhidlər muzeyi”ndə sərgilənən şəkillərlə tanış edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib. O, həmçinin müharibənin dəhşətindən söz açaraq, döyüş zamanı baş verən gərgin olaylar barədə danışıb.

Daha sonra çıxış edənlər-iki qardaş şəhid verən, İB-nin icraçı direktoru Rümanə Əmirəliyeva, təqaüddə olan polkovnik Niyazi Məmmədov, Ələkbər Həşimov, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, şəhid atası Allahverdi Əliyev “Şəhidlər muzeyi”nin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR