Cəlilabadda yük maşını dərəyə yuvarlanıb, ölən var

Cəlilabadda yük maşını dərəyə yuvarlanıb, ölən var
# 16 iyul 2018 08:44 (UTC +04:00)

Cəlilabad rayonunda yük maşını dərəyə aşıb.

APA-nın məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Məmməd Nuriyev idarə etdiyi “QAZ-3321” markalı, 15 BS 691 dövlət qeydiyyat nişanlı yük maşınını dərəyə aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Fakta bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR