Rusiya sərhədçiləri KXDR-ə məxsus gəmini atəşə tutublar, ölən və yaralananla var

Rusiya sərhədçiləri KXDR-ə məxsus gəmini atəşə tutublar, ölən və yaralananla var
# 16 oktyabr 2016 00:29 (UTC +04:00)

Bakı-APA. Yapon dənizinin Rusiyanın istisna iqtisadi zonasına aid hissəsində rusiyalı sərhədçilərə hücum etməyə cəhd etmiş Şimali Koreyaya məxsus balıqçı gəmisi saxlanılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilir.

Məlumata görə, insident oktyabrın 14-ü axşam saatlarında qeydə alınıb. Sərhədçilərin açdığı atəş nəticəsində qaydanı pozmuş gəminin 9 heyət üzvü yaralanıb, onlardan biri sonradan keçinib. Göyərtəsində 48 Şimali Koreya vətəndaşının olduğu “Daye Yanq 10” gəmisində qanunsuz ovlanmış dəniz bioresursları aşkarlanıb.

“Heyət üzvlərinin gəmiyə baxış keçirən FTX əməkdaşlarına hücumunun və zorla onların silahını ələ keçirmək cəhdinin qarşısını almaq üçün gəmiyə əvvəlcə xəbərdarlıq, daha sonra isə nişana alınaraq atəş açılıb. Qaydanı pozmuş gəminin 9 heyət üzvü yaralanıb, onlardan biri sonradan keçinib”, - deyə məlumatda bildirilir.

Xəsarət alanlara tibbi yardım göstərilib, KXDR gəmisinin heyət üzvləri saxlanılaraq sərhədçi gəmilərə yerləşdirilib.

Şimali Koreyanın Vladivostokdakı baş konsulluğu insident barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR