Hacıqabulda 25 yaşlı qadın özünü yandırıb - YENİLƏNİB

Hacıqabulda 25 yaşlı qadın özünü yandırıb  - <span style="color: red;">YENİLƏNİB
# 03 fevral 2017 06:58 (UTC +04:00)

Hacıqabulda üzərinə neft tökərək yandıran qadının vəziyyəti kritik olduğundan onun Bakıdakı müalicə müəssisəslərindən birinə gətirilməsinə qərar verilib.

APA-nın yerli bürosunun məlumatına görə, ailə münaqişə zəminində intihar edən Ayşən Mehdiyevanın həyatına təhlükə var.

***

09.32

Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Onun bədəninin xeyli hissəsinin yandığı bildirilir, həyatına təhlükə davam edir.

Ailəli olan A. Mehdiyevanın bir azyaşlı övladı var.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR