Kollec müəllimi olan arvadını döyərək öldürən şəxsin məhkəməsi başlayıb

Kollec müəllimi olan arvadını döyərək öldürən şəxsin məhkəməsi başlayıb
# 24 fevral 2017 12:36 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş tərəfin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası martın 3-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb. 1979-cu il təvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada vəfat edib.

Məlum olub ki, D.Hüseynovanı əri, 1974-cü il təvəllüdlü Namiq Əkbərzadə ailə-məişət münaqişəsi zəminində döyüb. D.Hüseynova Bakı Biznes və Kooperasiya Kollecində müəllim işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR