Floridada qasırğa 3 milyon sakini elektrik enerjisiz qoyub

Floridada qasırğa 3 milyon sakini elektrik enerjisiz qoyub
# 11 sentyabr 2017 04:20 (UTC +04:00)

ABŞ-ın Florida ştatında tüğyan edən “İrma” qasırğası 3 milyondan çox sakini elektrik enerjisiz qoyub.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, ştatın bəzi ərazilərində suyun səviyyəsi 2,5 m qalxıb.

Ən çox zərər çəkmiş ərazilərdən əhalinin evakuasiyası davam edir. İkinci kateqoriyayadək zəifləyən qasırğanın sürəti saatda 175 kilometrədək enib. ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR