“AXA MBASK”: Sahibkarlar sığorta agentlərinin fəaliyyətlərindən məmnundur

“AXA MBASK”: Sahibkarlar sığorta agentlərinin fəaliyyətlərindən məmnundur
# 22 dekabr 2016 09:06 (UTC +04:00)

“AXA MBASK” Sığorta Şirkətinin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədi ilə, “Media Consulting and Services” konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tədqiqatın məqsədi “AXA MBASK” ilə əməkdaşlıq edən sığorta agentlərin əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, agentlərinin məmnunluq dərəcəsini müəyyən etmək olub.

Tədqiqatın nəticələri göstərib ki, respondentin 78%-i Azərbaycanda agentlik peşəsinin gələcəyinə ümid edir. Sorğuda iştirak etmiş agentlərin 89%-i “AXA MBASK”ın gələcəyi və sığorta sektoruna verdiyi töhfədən ümidlidirlər.

“Respondentlərin 93%-i “AXA MBASK”la əməkdaşlıqdan tam razıdır və onlar şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər (keçən ilə nisbətən 2% yüksəlib). Bu da, daha çox agent öz gələcəyini “AXA MBASK”la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir”, - deyə məlumatda vurğulanıb.

Müəyyən edilib ki, sığorta agentlərinin 42%-i 4 ildən artıq müddətdə “AXA MBASK”la əməkdaşlıq edir.

“Vurğulamaq lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir. Bu, şirkətin keçirtdiyi ikinci sorğudur. “AXA MBASK” gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR