Bəzi yaşayış məntəqələrinin su təchizatı məhdudlaşdırılır

Bəzi yaşayış məntəqələrinin su təchizatı məhdudlaşdırılır
# 24 oktyabr 2017 08:57 (UTC +04:00)

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR