2017-ci ildən başlayaraq gələcək dövr üçün elmi-tədqiqat müəssisələri modernləşdiriləcək

2017-ci ildən başlayaraq gələcək dövr üçün elmi-tədqiqat müəssisələri modernləşdiriləcək
# 18 yanvar 2017 14:09 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov "Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. AMEA-dan APA-ya verilən xəbərə görə, akademik Fəxrəddin Qədirov bölmənin elmi fəaliyyətinin geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldildiyini diqqətə çatdırıb. Bildirib ki, YEB-də Geologiya və geofizika, geodinamika və geoloji təhlükələr, Neft-qaz yataqlarının işlənilməsi, Coğrafiya, Ekologiya və Xəzər dənizi seksiyaları və alternativ enerji, Təbii resurslar, ətraf mühitin qorunması və ekologiya, Təbii fəlakətlər və proqnoz kimi komissiyalar fəaliyyət göstərir.


Akademik məruzəsində son dövrlərdə müvafiq elm sahələrinin müxtəlif istiqamətləri üzrə əldə edilmiş mühüm nəticələr haqqında geniş məlumat verib: "Bölmədə multidissiplinar tədqiqatlara xüsusi önəm verilir. "Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi", "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması", "Azərbaycanın Günəş Enerjisi Atlası" elmi-tədqiqat proqramlarının icrası davam etdirilir. Bu istiqamətdə növbəti addım kimi 2017-ci ildən başlayaraq gələcək dövr üçün elmi-tədqiqat müəssisələrinin modernləşdirilməsi, strukturunun prioritet istiqamətlərə uyğun olaraq yenilənməsi və yüksək texnologiyaların tətbiqi, beynəlxalq elmi mərkəzlərlə əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması, elm və təhsilin intensiv inteqrasiyası, kadr hazırlığına xarici elm mərkəzlərinin cəlb edilməsi və digər işlər nəzərdə tutulur".

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, qeyd olunan perspektiv istiqamətlər gələcək fəaliyyət üçün əsas kimi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR