Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncədə zəncirvari yol qəzası baş verib
# 28 oktyabr 2016 20:10 (UTC +04:00)

Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Cabir Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan "Mercedes", VAZ 21015 və NAZ Lifan markalı avtomobillərə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzanı törədən sürücü hadisənin avtomobildə olan texniki problem səbəbindən baş verdiyini deyib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR