Hərbi attaşelər Silahlı Qüvvələrin Hərbi Akademiyasında olublar

Hərbi attaşelər Silahlı Qüvvələrin Hərbi Akademiyasında olublar
# 15 fevral 2017 12:48 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, on beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb.


Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR