Nazirin sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Nazirin sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 10 noyabr 2016 14:02 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Prosesdə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı noyabrın 22-si təyin edilib.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, Ç. Baxşıyevə məxsus 400 min dollar dəyərində qiymətləndirilən qızıl sikkələri ələ keçirməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR