ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri keçirilib - NƏTİCƏLƏR

ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri keçirilib  - <span style="color: red;">NƏTİCƏLƏR
# 19 iyul 2017 05:16 (UTC +04:00)

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start verilib. Qazaxlar növbəti mərhələyə adlayıblar.

Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nı məğlub edərək, iki oyunda ümumilikdə 6 cavabsız qol vurub və növbəti mərhələyə keçib.

"Vardar" isə "Malmö"nü yarışdan kənarlaşdırıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya) - 1:1

Qollar: Tvumasi, 59 - Vardanyas, 72

İlk oyun - 1:0

“Vardar” (Makedoniya) - “Malmö” (İsveç) - 3:1

Qollar: Krnçarov, 56, Barseqyan, 61, Nikolov, 90+1 - osenberq, 16 (pen.)

İlk oyun - 1:1

“Alaskert” (Ermənistan) - BATE (Belarus) - 1:3

Qollar: Nenadoviç, 18 - Qordeçuk, 23, 35, Volodiko, 78

İlk oyun - 1:1

“Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Gerye, 22

İlk oyun - 0:5

TNS (Uels) - “Riyeka” (Xorvatiya) - 1:5

Qollar: Çesleviç, 69 - Matey, 41, Qavranoviç, 54, 79, Qorqon, 61, Ristovski, 64

İlk oyun - 0:2

“Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya) - 0:2

Qollar: Lennon, 79, Valdimarsson, 90+1

İlk oyun - 1:1

“Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya) - 0:0

İlk oyun - 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR