Bakıda yük avtomobili “Mercedes”-lə toqquşub

Bakıda yük avtomobili “Mercedes”-lə toqquşub
# 05 mart 2019 05:20 (UTC +04:00)

Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Bəkir Çobanzadə küçəsində “Mercedes” markalı avtomobil dairədə hərəkətdə olan “Ford” markalı kiçik tutumlu nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılıb.

Nəticədə “Mercedes” deformasiya uğrayıb. “Ford”-un sürücüsü Sabir Rəhimov ONA-ya verdiyi müsahibəsində bildirib ki, qəzaya səbəb minik avtomobilinin sürücüsü olub.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR