Azərbaycanlı məşqçi İran milli komandasından qovulub

Azərbaycanlı məşqçi İran milli komandasından qovulub
# 30 mart 2009 07:27 (UTC +04:00)
Bakı – APA. İran yığmasının baş məşqçisi Əli Daei istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, milliyyətcə azərbaycanlı olan 40 yaşlı mütəxəssis milli komandasının dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışının qurbanı olub.

İranın ən məşhur futbolçusu Səudiyyə Ərəbistanına öz meydanında 1:2 hesabı ilə məğlub olduqdan sonra tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, beş oyundan sonra cəmi 6 xalla seçmə qrupda 4-cü pillədə olan yığmanın Tehrandakı məğlubiyyəti ciddi narazılıqla qarşılanıb. Tribunaların istefa tələbi qarşısında qalan federasiya millinin əfsanəsi ilə yollarını ayırmağa qərar verib.

Martın 21-də 40 illik yubileyini qeyd edən Daei bir il əvvəl İran yığmasının baş məşqçisi təyin olunmuşdu. İranlılar azərbaycanlı mütəxəssisin rəhbərliyi altında milli komandamız ilə də görüşüb. Ötən ilin avqustun 27-də Tehranda keçirilən matçda Daeinin yetirmələri Berti Foqtsun komandasını 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Daei milli komandanın heyətində vurduğu qolların sayına görə dünya rekordçusudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR