Ermənistanda “donuz qripi”nə yoluxanların sayı 40-a çatıb

Ermənistanda “donuz qripi”nə yoluxanların sayı 40-a çatıb
# 08 dekabr 2009 09:13 (UTC +04:00)
Bakı - APA. Ermənistanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxma halı artmaqda davam edir. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, səhiyyə naziri Arutyun Kuşkyan dekabrın 8-nə virusa yoluxanların sayı 40-a çatıb.

Nazir vəziyyətin kafi olduğunu, xəstələrin vəziyyətinin normallaşmağa doğru getdiyini, ajiotaja səbəb olacaq durum yaranmadığını bildirib.

Məktəb və uşaq bağçalarında 10 günlük tətil elan olunmasına aydınlıq gətirən A. Kuşkyan bu addımın qrip və digər infeksion xəstəliklərlə daha effektiv mübarizə məqsədilə atıldığını söyləyib.

Bununla belə, o, ali məktəblərdə dərslərin davam etdiriləcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR