İxracatçılar: "Gürcüstandan fərqli olaraq, Azərbaycan hökuməti yerli istehsalçıları müdafiə edir"

İxracatçılar: "Gürcüstandan fərqli olaraq, Azərbaycan hökuməti yerli istehsalçıları müdafiə edir"
# 05 oktyabr 2016 14:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan hökumətinin idxal olunan bəzi məhsullara tətbiq etdiyi məhdudiyyətlər Gürcüstandan ölkəmizə ixracın həcminə neqativ təsir edəcək.

"APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu fikri Gürcüstanda fəaliyyət göstərən sahibkarlar səsləndirib.

"Nabeqlavi" mineral su istehsalçısının təsisçisi Avtandil Svimonişvili deyir ki, Azərbaycana ixrac şirkətin dövriyyəsində böyük paya malik olmasa da, məhdudiyyətlər şirkətə hiss olunacaq dərəcədə zərər vura bilər: "Mövcud durumda biz başqa bazarlara köklənməliyik. Əlbəttə, biz Azərbaycana ixracı davam etdirəcəyik. Lakin qiymət artımı fonunda tələbatın azalması qaçılmazdır. Biz isə azərbaycanlı tərəfdaşlarımıza məhsulumuzu köhnə qiymətə satmağa davam edəcəyik. Biz artıq tərəfdaşlarımızla əlaqə yaratmışıq, lakin onlar da gözləmə mövqeyindədir".

Quşçular Assosiasiyasının və "Kumisi" şirkətinin rəhbəri Zurab Uçumbeqaşvili də bildirir ki, Azərbaycan hökumətinin qərarı bu ölkəyə məhsul ixrac edən şirkətlərə olduqca neqativ təsir edəcək: "Gürcüstandan Azərbaycana yalnız broyler toyuqları və inkubator yumurtaları ixrac olunur. Gürcüstandan fərqli olaraq, Azərbaycanda yerli istehsalı və istehsalçıları müdafiə edirlər. Azərbaycan hökumətinin qəbul etdiyi qərar olduqca zəruri və düzgün addım idi".

O əlavə edib ki, Gürcüstanın ixrac etdiyi quşçuluq məhsullarının 7-8%-i Azərbaycanın payına düşür.

Gürcüstanda sement istehsalı ilə məşğul olan iri şirkətlərdən birinin rəhbəri Mindia Qurqenidze isə deyir ki, Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlər tikinti materiallarının ixracını da ciddi təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR