Belarusun sonuncu xalq şairi vəfat edib

Belarusun sonuncu xalq şairi vəfat edib
# 30 mart 2016 04:51 (UTC +04:00)

Bakı-APA. Belarusun tanınmış şairi Nil Qileviç martın 29-da Minskdə 85 yaşında vəfat edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Rıqor Borodulinin 2014-cü ildə vəfatından sonra Nil Qileviç Belarusun sonuncu xalq şairi olub.

“Son illər Nil Qileviç jurnalistlərlə ünsiyyət qurmaqdan yayınıb və, ümumiyyətlə, Minskin mərkəzindəki evini çox az hallarda tərk edib. Şairin tanışları onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildiriblər”, - deyə məlumatda bildirilir.

Ötən gün səhər saatlarında xəstəxanaya yerləşdirilən şair axşam saatlarında orada vəfat edib.

Xalq şairi fəxri ada Nil Qileviç 1991-ci ildə layiq görülüb.

Onun nə vaxt və harada dəfn ediləcəyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR