Azərbaycanlı gənc vokalçı Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub - FOTO

Azərbaycanlı gənc vokalçı Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub - <span style="color: red;">FOTO
# 10 iyun 2015 08:28 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Eminzadə indiyədək ABŞ Dövlət Departamentinin xətti və Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”da təhsil alıb.

Amerikada təhsil aldığı bir il ərzində E. Eminzadə sənədlərini AMDA-ya verərək ən yüksək balla Akademiyaya qəbul olunub. ABŞ-ın iki böyük şəhəri – Los-Anceles və Nyu-Yorkda mərkəzləşən AMDA-da məşhur müğənni Ceyson Derulo, aktyor Cesi Teylor Fergyuson, aktrisa Nina Aryaanda, Sem Andervud, Trey Bayers, Rizvan Manci, Li Tergesen və başqaları təhsil alıb.

E. Eminzadə Amerika Musiqili və Dramatik Akademiyasına daxil olan ilk azərbaycanlıdır. Musiqiçinin müəllimi və məsləhətçisi, SSRİ xalq artisti, professor Fidan Qasımovadır.

Qeyd edək ki, E. Eminzadə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şaroyev adına 35 saylı Musiqi Məktəbinin vokal şöbəsini bitirib. O, 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012), 16 yaşında Qazaxıstanda (2013) və 16 yaşında Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Баку” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində E. Eminzadənin uğurlarına verilən qiymət kimi "Большие Надежды" adlı məqalə dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR