Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edilib
# 10 iyun 2015 13:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edib.

Komissiyadan APA-ya verilən məlumata görə, ümumi müsahibədə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixdə saat 18.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.

Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR