Dünya birjalarında qızıl 7 dollardan artıq ucuzlaşıb

Dünya birjalarında qızıl 7 dollardan artıq ucuzlaşıb
# 06 iyun 2015 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 17 849,46 bəndədək, S&P 500 0,14% - 2 092,83 bəndədək azalıb, NASDAQ 0,18% - 5 068,46 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,80% - 6 804,60 bəndədək, Fransa CAC-40-ı 1,33% - 4 920,74 bəndədək, Almaniya DAX-ı 1,26% - 11 197,15 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,13% - 20 460,90 bəndədək, Hang Seng 1,06% - 27 260,16 bəndədək ucuzlaşıb, Shanghai 1,54% - 5 023,10 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 7,10 dollar azalaraq 1 168,10 dollara, gümüş isə 0,12 dollar azalaraq 15,98 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR