I Avropa Oyunlarının açılış mərasiminin canlı izlənilməsi üçün sayt yaradılıb

I Avropa Oyunlarının açılış mərasiminin canlı izlənilməsi üçün sayt yaradılıb
# 08 iyun 2015 08:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyunun 12-də keçiriləcək I Avropa Oyunlarının Açılış mərasimini “az.baku2015.com” saytında canlı olaraq izləmək mümkün olacaq.

I Avropa Oyunların Təşkilat Komitəsindən (BEGOC) "APA-Economics"ə verilən məlumata görə, Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır: “Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim “az.baku2015.com” saytında və bütün dünyada canlı nümayiş olunacaq. Sehrin bir anına burada şahid ola bilərsiniz. “Bakı 2015”-in möhtəşəm Açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq”.

Bədii rəhbəri Dmitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək: “Oyunlara gerisayım artıq başladı. İyunun 12-də Bakı vaxtı ilə axşam saat 9-da “az.baku2015.com” saytında və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR