Paris sakinlərinin yarısı 2024-cü il Olimpiadasına qarşıdır

Paris sakinlərinin yarısı 2024-cü il Olimpiadasına qarşıdır
# 15 noyabr 2023 06:48 (UTC +04:00)

Fransa paytaxtı və ətraf şəhərlərin sakinlərinin demək olar ki, yarısı 2024-cü ildə Olimpiya Oyunlarının Parisdə keçirilməsini bəyənmir.

APA-nın məlumatına görə, bu, bir gün əvvəl “Odoxa” analitik şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, şəhər sakinlərinin təxminən 44 faizinin Paris Olimpiadasının keçirilməsinə mənfi münasibət bəslədiyi məlum olub. Parislilər Oyunları mənfi qəbul etmələrinin əsas səbəbi kimi təhlükəsizlik və nəqliyyat problemlərini göstərirlər. Parislilər qeyd edirlər ki, bu, onları müsabiqə müddətində şəhəri tərk etmək fikrinə sövq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR