Tiflisdə Beynəlxalq Regional İqtisadi İnkişaf Forumu keçirilir

Tiflisdə Beynəlxalq Regional İqtisadi İnkişaf Forumu keçirilir
# 07 dekabr 2016 12:20 (UTC +04:00)

Gürcüstan paytaxtında 9-cu Beynəlxalq Regional İqtisadi İnkişaf Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Tiflis şəhər meri David Narmaniya açaraq bildirib ki, bu forum hər il ənənəvi olaraq meriya tərəfindən təşkil edilir və tədbir çərçivəsində yerli hakimiyyət orqanlarının qarşılaşdığı mürəkkəb məsələlərin həlli müzakirə olunur.

Sonra tədbir sessiyalarda diskussiya şəraitində davam edib. Foruma Azərbaycan nümayəndə heyəti də qatılıb. Sabah Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amil Məmmədovun çıxışı gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Regional İqtisadi İnkişaf Forumu 2007-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR